Əsas Səhifə > Manşet > 2 İYUL POLİS GÜNÜDÜR
2 İYUL POLİS GÜNÜDÜR2-07-2021, 12:49 |
|
Hər zaman vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək! İlin bütün günlərində onların əməyi danılmaz olsa da bu gün rəsmən onların bayramıdır. 1998-ci ildə Ümummilli lider 2 iyul gününü Polis günü elan edib. Ölkəmizdə sabitliyin, asayişin qorunmasında müstəsna rol oynayan polislərimiz müstəqillik dönəmində şərəfli xidmət yolu keçiblər. Dəfələrlə dövlətçiliyimizə qarşı yaranan böyük təhlükələrin qarşısının alınmasında həyatları bahasına azadlığımızı qoruyan qəhrəman polislərimiz qazanılan şanlı qələbəmizdə də böyük pay sahibidirlər. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevn başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində Azərbaycan polisi bu gün qarşıya qoyulan istənilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. Vilayət Eyvazovun rəhbərliyi altında daxili işlər orqanları ölkəmizdə sabitliyin, insan və vətəndaş azadlıqlarının təmin olunmasında misilsiz xidmətlər göstərirlər. V.Eyvazovun bütün həyatı xalqa,dövlətə və liderə şərəfli sədaqət simvoludur. O ən çətin məqamlarda-dövlətiə qarşı xain qüvvələrin məkrli planlarını reallaşdırmaq istəyəndə öz sədaqətini sübut edib. Öz həyatını belə riskə ataraq dövlətçiliyin qorunması üçün şanlı səhifələr yazıb. Vilayət Eyvazov Azərbaycan polisinin şərəf səlnaməsi,cəsurluq simvoludur. Təsadüfi deyil ki, bu gün onun rəhbərliyi altında hüquq mühafizə orqanları daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər. Bu gün ölkəmiz öz sabitliyi, dinamik inkişafı ilə dünyada örnək dövlətlərdəndir. Bütün bunların təmin olunmasında isə polislərimizin şücaəti, qəhrəmanlığı, vətənə, dövlətə sədaqəti əsas amildir. Rubrika.az saytının kollektivi olaraq başda cənab general Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını ürəkdən təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. Hər zaman vətənin, xalqın qürur mənbəyi, iftixar yeri olmanızı arzu edirik. Bayramınız mübarək! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |