Əsas Səhifə > Cəmiyyət > SOCAR partlayış baş verən əraziyə gəmi göndərib - RƏSMİ
SOCAR partlayış baş verən əraziyə gəmi göndərib - RƏSMİ5-07-2021, 09:06 |
|
Xəzər dənizininin partlayış qeydə alınan hissəsində araşdırma aparılır. Bu barədə Oxu.Az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. O bildirib ki, hadisə ilə bağlı dəqiq məlumat əldə etmək üçün əraziyə gəmi göndərilib: “Mütəxəssislərdən ibarət qrup artıq hadisə yerinə yollanıb. Araşdırma aparılır. Əlavə məlumat olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək”. Rubrika.az Geri qayıt |