Əsas Səhifə > Səhiyyə > Gürcüstanda kütləvi vaksinasiyaya başlanılıb
Gürcüstanda kütləvi vaksinasiyaya başlanılıb5-07-2021, 10:10 |
|
Bu gündən Gürcüstanda əhalinin koronavirus əleyhinə kütləvi peyvəndlənməsi prosesinə start verilib. “Report”un yerli bürosu xəbər verir ki, prosesə 350-yə yaxın tibbi briqada cəlb olunub. Gün ərzində 20 mindən 30 minədək insana vaksin vurulması nəzərdə tutulub. İlin sonuna qədər kollektiv immunitetə nail olmaq üçün yetkinlik yaşına çatmış əhalinin 60 %-nin peyvəndlənməsi planlaşdırılır. Qonşu ölkə kütləvi vaksinasiyada tətbiq olunacaq milyon dozadan ibarət “Sinopharm” və “Sinovac” preparatlarını iyulun 2-də tədarük edib. Prosesdə Avstriyanın bağışladığı və ötən gecə Tbilisiyə çatdırılan 5 min doza “AstraZeneca” peyvəndindən də istifadə olunacaq. Rubrika.Az Geri qayıt |