Əsas Səhifə > Cəmiyyət > İnterpol bu dörd azərbaycanlı qadını axtarır
İnterpol bu dörd azərbaycanlı qadını axtarır7-07-2021, 09:11 |
|
Azərbaycan vətəndaşı olan dörd qadın “İnterpol”un qırmızı xətti ilə axtarışa verilib. Müxtəlif cinayətlərdə ittiham olunan bu qadınlar Azərbaycanın ayrı-ayrı rayon sakinləridir. Axtarışa verilənlərdən 3 nəfəri insan alveri, digəri isə xuliqanlıqda təqsirləndirilir. 1984-cü ildə anadan olmuş 37 yaşlı Qızqayıt Hacıyeva, 1984-cü ildə doğulmuş 36 yaşlı Qızqayıt Hacıyeva insan alveri ittihamı ilə bağlı axtarışa verilib. Goranboyda anadan olmuş, 1978-ci il təvəllüdlü Şöhrət Məmmədova insan alveri, fahişəliyə cəlb etmə ittihamı ilə axtarılır. 1971-ci ildə Qubada anadan olan Sevinc Səlimova isə xuliqanlıq ittihamı ilə siyahıya düşüb.(azpost.info) Rubrika.az Geri qayıt |