Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda avtomobil polisi vuraraq öldürdü
Azərbaycanda avtomobil polisi vuraraq öldürdü6-07-2021, 11:50 |
|
Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb. Rubrika.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında Şabran şəhərində qeydə alınıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, Şabran şəhər sakini Aslan Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub: “Nəticədə polis əməkdaşı hadisə yerində aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır”. Rubrika.az Geri qayıt |