Əsas Səhifə > Dünya > Paşinyan sabah Putinlə görüşəcək: Gündəmdə Qarabağ məsələsidir
Paşinyan sabah Putinlə görüşəcək: Gündəmdə Qarabağ məsələsidir6-07-2021, 17:22 |
|
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiyaya gedəcək. “RİA Novosti” xəbər verir ki, onun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. “Paşinyan və Putin Ermənistan-Rusiya strateji gündəliyindəki məsələləri müzakirə edəcəklər. Tərəflər həmçinin, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatların icrası, Qarabağın əhalisinə humanitar yardımın verilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər”. Rubrika.Az Geri qayıt |