Əsas Səhifə > İstisadiyyat > Mikayıl Cabbarov: "Sahibkarlara verilən subsidiyanın məbləği 57 mln manatdır"

Mikayıl Cabbarov: "Sahibkarlara verilən subsidiyanın məbləği 57 mln manatdır"


7-07-2021, 22:28
Mikayıl Cabbarov: "Sahibkarlara verilən subsidiyanın məbləği 57 mln manatdır"

Pandemiyadan zərər çəkmiş sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub, bunlardan 4 497-nə (82,3 %) subsidiyanın veilməsi barədə müsbət qərar qəbul edilib.

Rubrika.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"Təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır", - nazir qeyd edib.

Rubrika.Az
Geri qayıt