Əsas Səhifə > Manşet > “Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!

“Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!


12-07-2021, 13:20
“Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!

Əsrlərin sərt sınaqlarından üzüağ çıxan, şanlı qələbəmizdə böyük rol oynayan qədim Şamaxı torpağında Zəfər tariximizin yeni uğur səhifələri yazılır. Şairlər yurduna ilk qədəmlərini atanda hiss edirsən ki, rayon sözün əsl mənasında bütün sahələrdə inkişaf edir. Yeni müəssisələrin təməli qoyulur, abadlıq-quruculuq işləri geniş vüsət alır, insanlar qurub-yaradırlar. Öz yeni siması ilə qədimlik və müasirliyin vəhdətini yaradan Şamaxı gözəlləşərək ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilir. Təbiətin bəxş etdiyi gözəllik insan əlinin sığalı ilə bu gözəl diyarı cənnətə çevirir.

Şamaxı haqqında yazımızı başqa tonda da başlaya bilərdik. Amma şairlər yurdunun bu günkü inkişaf manifesini biz də elə şairanə tonlarla başlamaq istədik. Əziz oxucularımız isə əmin ola bilərlər ki, dediklərimiz heç də şair təxəyyülünün məhsulu deyil. Şamaxıda bu gün müasir tariximizin uğur səlnaməsi yazılır.

“Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!

44 günlük Vətən müharibəsində şamaxılılar “müsəlləh əsgərəm mən də bu gündən” deyərək bu haqq savaşına qoşuldular. Yüzlərlə gənc könüllü olaraq döyüşlərə qatıldı. Böyük qələbəmiz üçün canından keçən şəhidlərimiz Şamaxıda and yerinə çevrilib. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı ən yüksək səviyyədə təşkil olunub. Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, qaziləri qəbul edir, onların qayğıları ilə maraqlanır. Şəhid ailələrinin, qazilərin işlə təmin olunması, sosial rifahının yaxşılaşdırılması daima diqqət mərkəzindədir. Şamaxıda hər kəs imkanı daxilində böyük qələbəmizdə pay sahibi olmaq, vətən uğrunda canından keçənlərə ehtiramını bildirmək istəyir. Rayon mərkəzində onlarla ticarət obyektində “şəhid ailələri üçün pulsuzdur” elanına rast gəlmək olar. Bütün bunlar gəlişi gözəl sözlər xatirinə edilmir. İnsanlar bunu şərəf borcu bilirlər. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər görülür.

“Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!

Şamaxı bu gün ölkənin ən gözəl və müasir infrostrukturla təmin olunan şəhərlərindən biridir. Şəhərdaxili küçələrin asfaltlaşdırılması, binaların üzlüklərlə bəzədilməsi, yaşıllıq ərazilərin genişləndirilməsinə xüsusi diqqət göstərilir. Söhbət etdiyimiz şamaxılılar bildirirlər ki, icra başçısı Tahir müəllim bütün işlərə şəxsən nəzarət edir. “O təkcə göstəriş vermir, hər gün görülən işlərlə yerindəcə tanış olur. Hər küçənin, binanın, parkın abadlaşdırılmasında iştirak edir. Tahir müəllimin kabineti elə Şamaxının özüdür. Onu hər an istənilən yerdə görmək olar.” Bunun şəxsən şahidi olmasaydım bəlkə də deyilənlər barədə tərəddüd edərdim. Özüm Şamaxıda olarkən Tahir müəllimi bir neçə yerdə aparılan tikinti işləri ilə yerindəcə tanış olarkən gördüm. Yaxından apardığım jurnalist araşdırmasını rəhbərliyin başı gərgin işə qarışmasından və çox məşğul olmasından özü belə bilmədi. Bir şamaxılı kimi etiraf edirəm ki, tarixən Şamaxıda Şamaxıya bu qədər bağlı olan rəhbər insan olmayıb. İnandım ki, görülən böyük işlərin arxasında gərgin zəhmət və məsuliyyət dayanır.
Şamaxı həm də öz iqtisadi göstəricilərinə görə respublikada ilk pillələrdədir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və emalı təşkil edən rayonda son illər böyük uğurlar qazanılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2020-ci ildə rayonda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi 73,7 mln. manat olmuşdur. Lakin, rayonda bununla kifayətlənmək istəmirlər. Şamaxının keçmiş üzümçülük şöhrətini qaytarmaq üçün davamlı işlər görülür. Hazırda rayonda üzüm bağlarının sahəsi 1837 hektara çatdırılmışdır.

“Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!

Heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Rayonun yay və qış otlaqlarında qoyunçuluq və maldarlıq inkişaf etdirilmişdir. Bu baxımdan heyvanların sayı və heyvandarlıq məhsulları istehsalının həcmi də ilbəil artır. Quşçuluq və arıçılıq da inkişaf etdirilmişdir.

“Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!

Şamaxının zəngin turizm potensialında istifadə etmək üçün geniş tədbirlər proqramı həyata keçirilir. Rayon ərazisində 5 ulduzlu “Şamaxı Palace Platinum By Rixos” oteli və “Sakit Göl” istirahət mərkəzi, Dəmirçi kəndində turizm obyektləri, Bakı-Şamaxı, Şamaxı-Pirqulu-Avaxıl, Şamaxı-Çöl Göylər-Padar, Pirqulu-Dəmirçi, Dəmirçi-Lahıc avtomobil yolları tikilərək istifadəyə verilmişdir.

“Ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllər “VAR OLUN” - Bu torpağın halal çorəyi HALALINIZ OLSUN!

Söhbət etdiyimiz rayon sakinləri görülən işlərdən razılıqlarını bildirirlər. Bunun üçün rayonun istənilən yerinə getmək, görülən işlərlə yerindəcə tanış olmaq kifayətdir. Şamaxının elə bir yaşayış məntəqəsi yoxdur ki, orada abadlıq işləri aparılmasın. Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməsin. Doğma rayonumdan, elimdən,obamdan könül xoşluğu ilə ayrıldım. Öz yurdunun inkişafını görmək, gözəlliklərini duymaqdan böyük xoşbəxtlik yoxdur. Bu gün həqiqətən də “ülviyyətin anası” olan Şirvan torpağını qurub-yaradan əllərə “var olun” deyirəm. Bu torpağın halal çorəyi halalınız olsun!

Nicat Maahmudov
Rubrika.az

Geri qayıt