Əsas Səhifə > Cəmiyyət > Nəsimi rayonunda yolların yenidən qurulmasına 2 milyon manat ayrılıb

Nəsimi rayonunda yolların yenidən qurulmasına 2 milyon manat ayrılıb


13-07-2021, 11:38
Nəsimi rayonunda yolların yenidən qurulmasına 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Rubrika.az APA-ya istinadən xəbərinə görə, sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Rubrika.az
Geri qayıt