Əsas Səhifə > Mədəniyyət > Turan İbrahimovdan ağlayan Zaura atmaca – “Şuşanı azad edən oğlanlar, görəsən nə düşünür?”

Turan İbrahimovdan ağlayan Zaura atmaca – “Şuşanı azad edən oğlanlar, görəsən nə düşünür?”


13-07-2021, 15:52
Turan İbrahimovdan ağlayan Zaura atmaca – “Şuşanı azad edən oğlanlar, görəsən nə düşünür?”

“Şuşanı azad edən oğlanlar, görəsən baş verənlərə baxıb nə düşünürlər?”

Rubrika.Az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov şəxsi "Facebook" səhifəsində yazıb:

“Qayalardan, dar cığırlardan min bir əziyyətlə dırmanıb dişiylə-dırnağıyla, qanıyla-canıyla möcüzəvi bir şəkildə Şuşanı azad edən oğlanlardan sağ qalanlar, görəsən baş verənlərə baxıb nə düşünürlər?! Heç yerə yozmayın. Sadəcə səsli düşündüm…”

Qeyd edək ki, ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri baş tutub. Onlar arasında Zaur Baxşəliyev də olub.

Şuşadan və Gövhər Ağa məscidindən kadrlar paylaşan aparıcı hər kəsi kövrəldib. Şuşaya daxil olarkən göz yaşlarına hakim ola bilməyib.(Bakupost.az)

Rubrika.Az
Geri qayıt