Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib13-07-2021, 16:53 |
|
Azərbaycanda koronavirus infeksiyasına daha 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb. Rubrika.Az Geri qayıt |