Əsas Səhifə > İdman > Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi


15-07-2021, 11:40
Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Qol.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan 1 pillə irəliləyib. "Neftçi"nin 1-ci təsnifat mərhələsində evdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və ölkəmiz reytinqdə 29-cu pillədən 28-ci pilləyə yüksəlib. Hazırda Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,125 xal geri qalır.

Qeyd edək ki, bu mövsüm başlayarkən ölkəmiz UEFA reytinqində 26-cı olub.

Rubrika.Az
Geri qayıt