Əsas Səhifə > Səhiyyə > Həkim-infeksionist: “COVID-19-dan sağalan şəxslər də “Delta”ya yoluxa bilər”
Həkim-infeksionist: “COVID-19-dan sağalan şəxslər də “Delta”ya yoluxa bilər”15-07-2021, 11:50 |
|
“Koronavirusdan sağalan şəxs “Delta” ştammına yoluxa bilər”. TASS agentliyi xəbər verir ki, bu açıqlama ilə həkim-infeksionist Svetlana İşenko çıxış edib. “Virusdan sağalandan sonra qoruyucu immunoqlobulin G və ya anticisimlər təxminən altı ay orqanizmdə mövcud olur. Bununla belə, koronavirus daima mutasiyaya uğrayır. Bu səbəbdən insan bir ştammdan sığortalansa da, onun digər ştamma yoluxma ehtimalı var”, - deyə həkim-infeksionist vurğulayıb. Lakin mütəxəssis həmçinin qeyd edib ki, təkrar infeksiya daha yüngül formada keçəcək. Rubrika.Az Geri qayıt |