Əsas Səhifə > İdman > “Qarabağ” - “Aşdod” oyununun biletləri satışa çıxarıldı
“Qarabağ” - “Aşdod” oyununun biletləri satışa çıxarıldı16-07-2021, 10:45 |
|
UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ” – "Aşdod” (İsrail) oyunun biletləri bugündən satışa çıxarılıb. Rubrika.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, biletlərin qiymətləri müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir. Azarkeşlər biletləri aşağıdakı satış məntəqələrindən əldə edə bilərlər: Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn); İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışda olacaq; Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-19:00). Qeyd: bir şəxs cəmi üç bilet ala bilər. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Rubrika.Az Geri qayıt |