Əsas Səhifə > Cəmiyyət > Bu gündən iyulun 22-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən iyulun 22-dək ictimai nəqliyyat işləməyəcək


18-07-2021, 16:04
Bu gündən iyulun 22-dək ictimai nəqliyyat işləməyəcək

18 iyuldan 22 iyula qədər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.

Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Rubrika.Az
Geri qayıt