Əsas Səhifə > Səhiyyə > Gürcüstanda koronavirusa yoluxanların sayı 387 481 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 387 481 nəfərə çatıb19-07-2021, 12:20 |
|
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1286 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb. Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 387 481, ölənlərin sayı isə 5 551 nəfərə çatıb. Virusa yoluxanlardan 365 019 nəfərin sağaldığı bildirilir. Rubrika.az Geri qayıt |