Əsas Səhifə > İdman > “Olimpiakos”la qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir
“Olimpiakos”la qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir19-07-2021, 11:00 |
|
Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq. Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. İkinci raundda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq “ağ-qaralar” püşkatmada səpələnmişlər səbətində yer alacaq. Azərbaycan çempionu üçün beş mümkün rəqib var. Yalnız “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) cütü flaqmana potensial rəqib ola bilməz. Üçüncü təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq. UEFA Çempionlar Liqası Üçüncü təsnifat mərhələsi Səpələnmişlər “Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi “Slaviya” (Çexiya) “Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi “Kayrat” (Qazaxıstan) / “Srvena zvezda” (Serbiya) cütünün qalibi “Reyncers” (Şotlandiya) Səpələnməmişlər “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) “Malmö” (İsveç) – HİK (Finlandiya) “Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) “Legiya” (Polşa) – “Flora” (Estoniya) “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) “Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Rubrika.Az Geri qayıt |