Əsas Səhifə > Aktual > MİQ iştirakçılarını aşağılayan TİPİM sədrindən ŞOK ADDIM: - Səs yazısını yayan şəxsi...

MİQ iştirakçılarını aşağılayan TİPİM sədrindən ŞOK ADDIM: - Səs yazısını yayan şəxsi...


27-07-2021, 17:30
MİQ iştirakçılarını aşağılayan TİPİM sədrindən ŞOK ADDIM: - Səs yazısını yayan şəxsi...

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ətrafında qalmaqal davam edir.

Rubrika.Az yenicag.az-a istiandla xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imtahan sualları ilə bağlı narazılığı ölkədə böyük səs-küyə səbəb oldu. Hətta gərginlik o həddə çatdı ki, gənc müəllimlərin etirazını görən Təhsil naziri Emin Əmrullayev imtahan suallarının üç gün ərzində yenidən komissiya tərəfindən yoxlanılacağı barədə açıqlama verdi.

Bu gün isə nazirlik rəsmi məlumat yayaraq müəllimlərin haqlı olduğunu, yəni Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyini, bu səbəblə də yenidən imtahan keçiriləcəyini diqqətə çatdırıb.

MİQ imtahanı ilə bağlı narahatlığın tam sonlanmadığı bir vaxtda Təhsil İnstitunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) sədri Nəzakət Mehdiyevaya məxsus təhqiramiz səs yazısının yayılması isə ötən gün gərginliyi pik həddə çatdırıb. Belə ki, səs yazısında Nəzakət Mehdiyeva, “Bunlardan müəllim olmayacaq, elə bunlar yaxşı ki, kəsilirlər”, – deyərək sualların çətin salınmasına haqq qazandırmağa çalışıb.

Onun səs yazısı ilə bağlı material Yenicag.az-da dərc olunduqdan sonra isə məsələnin miqyası daha da böyüyüb. Görünür, müəllimlər qrupuna atılan bu səsi ilk əvvəl tələbələrin, daha sonra da medianın və bütün ictimaiyyətin dinləməsi Nəzakət Mehdiyeva və qrupda olan digər müəllimləri hiddətləndirib.

Rubrika.Az
Geri qayıt