Əsas Səhifə > İdman > Tokio-2020: Azərbaycan badmintonçusu yarışa qələbə ilə başladı
Tokio-2020: Azərbaycan badmintonçusu yarışa qələbə ilə başladı27-07-2021, 17:42 |
|
Azərbaycanı təmsil edən badmintonçu Eydi Reski Dvikahyo Tokio Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. Indoneziya əsilli idmançı L qrupunda ilk görüşünü Tin Min Ninə (Vyetnam) qarşı keçirib. Dvikahyo 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəlib. O, sabah qrupda ikinci görüşünü keçirəcək. Rəqib dünya mükafatçısı, son Avropa çempionu Anders Antonsen (Danimarka) olacaq. Bununla da bu gün Azərbaycan iştirakçıları Tokio Olimpiadasında çıxışını başa vurub.(oxu.az) Rubrika.Az Geri qayıt |