Əsas Səhifə > Cəmiyyət > Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı
Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı27-07-2021, 20:00 |
|
Gürcüstanda koronavirusun “Delta+” ştammına rast gəlinib. “Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə ölkənin milli xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərində görə iki nəfərdə “Delta+” ştammı tapılıb. Qeyd edilir ki, Gürcüstanda koronavirusa yoluxanların 50 %-də “Hindistan ştammı” müəyyən edilib. Xatırladaq ki, Gürcüstanda yoluxmanın artması ilə əlaqədar qadağaların yenidən tətbiq edilməsi qərara alınıb. Rubrika.Az Geri qayıt |