Əsas Səhifə > İdman > “Neftçi” üçün Bakıda dünyanın məşhur komandasına qarşı həlledici oyun - AFİŞA
“Neftçi” üçün Bakıda dünyanın məşhur komandasına qarşı həlledici oyun - AFİŞA28-07-2021, 10:08 |
|
Bu gün Azərbaycanın “Neftçi” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq. Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, rəqib 46 dəfə Yunanıstan çempionu olmuş və 28 dəfə həmin ölkənin kubokunu qazanmış məşhur “Olimpiakos” klubudur. Afinanın Pirey qəsəbəsində keçirilmiş ilk görüşdə Yunanıstan çempionu 1:0 qalib gəlib. Komandamız güclü rəqibi ilə vəziyyəti eyniləşdirmək üçün istənilən minimal hesablı qələbə qazanmalı və matçı penaltilərə aparmalıdır. Minimum iki qol fərqi ilə qələbə isə “Neftçi”ni III təsnifat mərhələsinə adladacaq. Məğlubiyyət isə komandamızın yoluna UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etməsi anlamına gələcək. UEFA Çempionlar Liqası II təsnifat mərhələsi 21:00 “Neftçi” – “Olimpiakos” (Yunanıstan) Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Xon Nunyes, Adrian Kordero (hamısı İspaniya) Bakı. “Bakcell Arena” Rubrika.Az Geri qayıt |