Əsas Səhifə > Cəmiyyət > Ermənistan atəşkəsi pozdu: Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu
Ermənistan atəşkəsi pozdu: Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu29-07-2021, 09:40 |
|
Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Rubrika.Az Geri qayıt |