Əsas Səhifə > Siyasət > İlham Əliyev avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırdı (SƏRƏNCAM)
İlham Əliyev avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırdı (SƏRƏNCAM)30-07-2021, 16:07 |
|
Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə Prezident.az məlumat yayıb. Sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Rubrika.Az Geri qayıt |