Əsas Səhifə > Dünya > Türkiyədə yanğınlarla bağlı son vəziyyət
Türkiyədə yanğınlarla bağlı son vəziyyət2-08-2021, 09:57 |
|
Türkiyənin 8 bölgəsində yanğın davam edir. Bu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 125 yanğından 117-si söndürülüb və ya lokallaşdırılıb. Nazir bildirib ki, yanğın yaşayış yerlərinə yaxınlaşdığı üçün təhlükəsizlik məqsədi ilə Muğlada 6 məhəllə boşaldılıb. Ümumilikdə, Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində 8 nəfər ölüb. Rubrika.Az Geri qayıt |