Əsas Səhifə > Cəmiyyət > Bakıda qadın evdən 28 min manatlıq oğurluq edib

Bakıda qadın evdən 28 min manatlıq oğurluq edib


2-08-2021, 14:54


Bakıda evdən oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4800 ABŞ dolları (təxminən 8 min manat) və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.

Rubrika.az
Geri qayıt