Əsas Səhifə > Dünya > İrəvanda maskalı şəxslər Ağsaqqallar Şurasının üzvünə hücum edib bıçaqla yaraladı
İrəvanda maskalı şəxslər Ağsaqqallar Şurasının üzvünə hücum edib bıçaqla yaraladı2-08-2021, 15:44 |
|
İrəvanda maskalı şəxslər şəhərin Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan üzvü Arman Antonyana hücum ediblər. Bu barədə “Sputnik Ermənistan” yazıb. Hadisə avqustun 1-i səhər saatlarında baş verib. Maskalı şəxslər Antonyanı bıçaqla yaralayıblar. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Arman Antonyana hücumun səbəbi kimi onun fəaliyyəti göstərilir. A.Antonyan 2018-ci ildən İrəvanın Ağsaqqallar Şurasının tərkibindədir. O, həmçinin Şuranın Maliyyə-kredit və İqtisadi məsələlər üzrə daimi komissiyasında “Mənim addımım” fraksiyasının nümayəndəsidir. Rubrika.Az Geri qayıt |