Əsas Səhifə > İstisadiyyat > “Aİ-98” markalı benzinin qiyməti artıb
“Aİ-98” markalı benzinin qiyməti artıb3-08-2021, 11:55 |
|
“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. Bunu Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib. O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub: “Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”. Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı. Rubrika.az Geri qayıt |