Əsas Səhifə > İdman > Tokio olimpiadasının idmançılarında koronavirus aşkarlanıb
Tokio olimpiadasının idmançılarında koronavirus aşkarlanıb4-08-2021, 09:56 |
|
Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artmaqda davam edir. "Report" Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son sutkada daha 29 nəfərin testi müsbət çıxıb. Virusa yoluxanlardan 4-ü idmançıdır. Beləliklə, Tokio-2020-də infeksiya aşkarlanan şəxslərin sayı 322-ə çatıb. Qeyd edilir ki, iyulun 1-dən olimpiada üçün 500 min koronavirus testi götürülüb. Əvvəlki maksimum göstərici iyulun 30-da qeydə alınıb. Həmin gün koronavirusa 27 yeni yoluxma aşkarlanıb. Qeyd edək ki, Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq. Rubrika.az Geri qayıt |