Əsas Səhifə > Cəmiyyət > Bakıda məşhur tikinti şirkətində ƏMƏLİYYAT: - Həbs olunanlar var

Bakıda məşhur tikinti şirkətində ƏMƏLİYYAT: - Həbs olunanlar var


4-08-2021, 11:46
Bakıda məşhur tikinti şirkətində ƏMƏLİYYAT: - Həbs olunanlar var

Azərbaycanın tanınmış tikinti şirkətində əməliyyat keçirilib.

Rubrika.az-ın Lent.az-a istinadən əldə etdiyi xəbərə görə, “A+A” Şirkətlər Qrupunun Bakıdakı ofislərində həyata keçirilən əməliyyatlar zamanı bir sıra qanunsuzluqlar aşkar edilib.

Aşkarlanan faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, “A+A” böyük tikinti şirkətidir.

Rubrika.az
Geri qayıt