Əsas Səhifə > İdman > AEL - "Qarabağ" matçında hesab açılıb - YENİLƏNİR
AEL - "Qarabağ" matçında hesab açılıb - YENİLƏNİR5-08-2021, 22:49 |
|
Matçın 69-cu dəqiqəsində meydan sahibləri hesabı açır. Stefan Scepoviç penaltidən fərqlənir - 1:0. 21:54 AEL (Kipr) – “Qarabağ” matçının birinci hissəsi başa çatıb. Komandalar fasiləyə yollanıb. Oyunda hesab açılmayıb - 0:0 21:17 Matç başladı. 11:04 “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək. Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionunun III təsnifat mərhələsindəki rəqibi Kiprin altıqat çempionu, yeddi dəfə Kubokun qalibi AEL-dir. Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olacaq. AEL Limassol şəhərini təmsil etsə də, görüş Larnaka şəhərində keçiriləcək. Xatırladaq ki, bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin qalibi ilə qarşılaşacaq. Avropa Konfrans Liqası III təsnifat mərhələsi (ilk oyun) 5 avqust 21:00 AEL (Kipr) – “Qarabağ” Hakimlər: Qlenn Niberq, Mahbod Beiqi, Andreas Söderkvist, Boyan Panciç (hamısı İsveç) Larnaka. “AEK Arena” Rubrika.Az Geri qayıt |