Əsas Səhifə > Cəmiyyət > Naxçıvan yenidən hədəfdə: Atəşkəs poxuldu, düşmən susduruldu

Naxçıvan yenidən hədəfdə: Atəşkəs poxuldu, düşmən susduruldu


10-08-2021, 17:32
Naxçıvan yenidən hədəfdə: Atəşkəs poxuldu, düşmən susduruldu

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Rubrika.Az
Geri qayıt