Əsas Səhifə > Dünya > İraqda Türkiyə əsgəri həlak olub
İraqda Türkiyə əsgəri həlak olub13-08-2021, 09:07 |
|
Türkiyə ordusunun 1 əsgəri İraqda həlak olub. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki hesabında bildirib. Qeyd edilir ki, hadisə İraqın şimalında baş verib. Türkiyə Silahlı Qüvvələrinin hərbçisi "Pençe-Şimşek" əməliyyat zonasında PKK terrorçularının hücumu nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb. Türkiyə hərbçilərinin cavab tədbirləri nəticəsində hücumu həyata keçirən 3 terrorçu zərərsizləşdirilib. Hazırda bölgədə əməliyyat davam edir. Irak’ın kuzeyindeki Pençe-Şimşek operasyon bölgesinde bulunan bir üs bölgemize PKK’lı teröristlerce yapılan havan saldırısında bir kahraman silah arkadaşımız ağır yaralanmış ve kaldırıldığı hastanede yapılan tüm müdahalelere rağmen kurtarılamayarak şehit olmuştur. Rubrika.Az Geri qayıt |