Əsas Səhifə > Cəmiyyət > Daha bir ölkədə temperatur rekordu qeydə alınıb

Daha bir ölkədə temperatur rekordu qeydə alınıb


17-08-2021, 09:05
Daha bir ölkədə temperatur rekordu qeydə alınıb

İspaniyada yeni temperatur rekordu qeydə alınıb.

Bu barədə ölkənin Metereoloji Agentliyi məlumat yayıb.

Məlumata görə, Əndəlus vilayətinin Montoro bölgəsində havanın hərarəti 47.2 dərəcəyədək yüksəlib.

Qeyd edək ki, İspaniyada öncəki istilik rekordu (46.9) 2017-ci ildə Kordovada qeydə alınıb.

Rubrika.Az
Geri qayıt