Əsas Səhifə > Bölgə > Türkiyədə fəlakət qurbanlarının sayı artdı
Türkiyədə fəlakət qurbanlarının sayı artdı16-08-2021, 17:42 |
|
Türkiyənin Qara dəniz bölgəsində baş verən sel fəlakətində ölənlərin sayı 70-ə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Kastamonuda 60, Sinopda 9, Bartində 1 nəfər sel səbəbindən həlak olub. 8 nəfərin müxtəlif xəstəxanalarda müalicəsi davam edir. Xatırladaq ki, avqustun 11-də Qara dənizin Qərb bölgəsində başlayan aramsız yağışlar səbəbindən Bartın, Kastamonu və Sinop şəhərlərində sel və daşqınlar meydana gəlib. Bundan əvvəl 62 nəfərin öldüyü bildirilib. Hazırda axtarış-xilasetmə işləri davam edir. Rubrika.az Geri qayıt |