Əsas Səhifə > Siyasət > İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb
İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb17-08-2021, 10:16 |
|
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçına səfərləri çərçivəsində Kəlbəcər şəhərində də olublar. Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb. İlham Əliyev bildirib ki, şəhər ermənilər tərəfindən tamamilə dağıdılıb. Prezident şəhərə girərkən dağıdılmış binaları, tikililəri göstərərək bunların hamısının ermənilərin əməlləri olduğunu qeyd edib. O vurğulayıb ki, ermənilər şəhərdəki yaşayış evlərini, müxtəlif təyinatlı binaları, obyektləri yerlə yeksan ediblər. “Bəzi binalarda ermənilər qanunsuz yaşayıb. Burdan çıxanda isə həmin binaları da yandırıblar” – deyə, İlham Əliyev qeyd edib. Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb. Rubrika.Az Geri qayıt |