Əsas Səhifə > Səhiyyə > Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb


17-08-2021, 17:50
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir.

Rubrika.Az
Geri qayıt