Əsas Səhifə > Dünya > KİV: “Taliblər” geyiminə görə qadını qətlə yetirib
KİV: “Taliblər” geyiminə görə qadını qətlə yetirib19-08-2021, 12:32 |
|
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması üzvlərinin bir qadını geyiminə görə qətlə yetirdiyi barədə xəbərlər yayılıb. “Report” xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın “FOX News” telekanalı çıxış edib. Bildirilib ki, Əfqanıstanın Taxar vilayətində bir qadın şəriət qaydalarına uyğun geyinmədiyinə görə “Taliban” qruplaşmasının üzvləri tərəfindən öldürülüb. Qeyd edək ki, dünən “Taliban”ın sözçüsü Süheyl Şahin qadınların işləməsi və oxuması barədə müsbət mesajlar vermişdi. Rubrika.Az Geri qayıt |