Əsas Səhifə > Bölgə > Ölkə ərazisində bir gündə ikinci zəlzələ oldu
Ölkə ərazisində bir gündə ikinci zəlzələ oldu18-08-2021, 17:35 |
|
Zaqatalada zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda qeydə alınıb. Zəlzələ 3,1 maqnitudada baş verib, ocağı 21 kilometr dərinlikdə yerləşib. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub. Qeyd edək ki, bu gün yerli vaxtla 00:35-də Lerik rayonunda 3.1 bal gücündə zəlzələ qeydə alınıb. Rubrika.az Geri qayıt |