Əsas Səhifə > Cəmiyyət > Sumqayıtda 68 yaşlı kişinin meyiti tapıldı
Sumqayıtda 68 yaşlı kişinin meyiti tapıldı23-08-2021, 09:44 |
|
Sumqayıtda mənzildə meyit aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Rubrika.Az Geri qayıt |