Əsas Səhifə > İdman > "Liverpul"un futbolçusu Fransa klubuna keçib

"Liverpul"un futbolçusu Fransa klubuna keçib


23-08-2021, 12:32
"Liverpul"un futbolçusu Fransa klubuna keçib

Liverpulun futbolçusu Fransa klubuna keçibCerdan Şakiri
İngiltərənin "Liverpul" klubunun futbolçusu Cerdan Şakiri karyerasını Fransada davam etdirəcək.

"Report"un məlumatına görə, "Lion" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb. İsveçrəli oyunçu ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Cerdan Şakiri 2018-ci ildən "Liverpul"un formasını geyinib. O, daha əvvəl Almaniyada "Bavariya", İtaliyada isə "İnter" klubunun şərəfini qoruyub.

Rubrika.Az
Geri qayıt