Əsas Səhifə > Cəmiyyət > Azərbaycan Respublikasının müdafiə nazirinin müavini Moskvada səfərdədir
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini Moskvada səfərdədir23-08-2021, 14:35 |
|
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Azərbaycan hərbiçiləri “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir. Rubrika.Az Geri qayıt |