Əsas Səhifə > Qanun > Türkiyədəki yanğınların söndürülməsində iştirak edən FHN əməkdaşları mükafatlandırılacaq - SƏRƏNCAM

Türkiyədəki yanğınların söndürülməsində iştirak edən FHN əməkdaşları mükafatlandırılacaq - SƏRƏNCAM


23-08-2021, 16:11
Türkiyədəki yanğınların söndürülməsində iştirak edən FHN əməkdaşları mükafatlandırılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat vəsait ayrılır.

Rubrika.Az
Geri qayıt