Əsas Səhifə > Cəmiyyət > Prokurorluq 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yaydı
Prokurorluq 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yaydı23-08-2021, 17:53 |
|
Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb. Goranboy rayon prokurorluğundan verilən məlumata görə, azyaşlı - 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb. İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb. Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İkram Hüseynov şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam etdirilir. Rubrika.az Geri qayıt |