Əsas Səhifə > Dünya > Paşinyan parlamentdə etirazla qarşılandı - Deputatlar zalı tərk etdi
Paşinyan parlamentdə etirazla qarşılandı - Deputatlar zalı tərk etdi24-08-2021, 17:42 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə etirazla qarşılanıb. Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, "Ermənistan” blokunun deputatları Vaqe Akopyan, Elinar Vardanyan, Qeqam Manukyan, Andranik Tevanyan, Ripsime Stambulyan, Aqvan Vardanyan və Lilit Qalstyan Paşinyanın çıxışına az qalmış Baş nazirə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər. "Şərəfim var” blokunun parlamentdəki fraksiyası da onlara dəstək verib. Fraksiyanın rəhbəri Artur Vanetsyan iclasın əvvəlində bu barədə açıqlama verib. "Düzdür iclas zalına qayıdağacağıq, amma hökumətin proqramında təqdim olunan saxtakarlılqarı ifşa etmək üçün”, - deyə o bildirib. Nikol Paşinyanın parlamentdə çıxışı hökumətin 5 illik proqramının təqdimatı ilə bağlıdır. Rubrika.Az Geri qayıt |