Əsas Səhifə > Səhiyyə > Baş pediatr: “Uşağın immunitetini qaldırmaq üçün dərman vermək düzgün deyil”
Baş pediatr: “Uşağın immunitetini qaldırmaq üçün dərman vermək düzgün deyil”25-08-2021, 16:56 |
|
Bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib. Onun sözlərinə görə, dərmanı vermədən əvvəl onu araşdırmaq lazımdır: “Onun bədənində hansı vitamin çatışmırsa, ona uyğun müalicə olunmalıdır. Uşaq tez-tez xəstələnir və valideynlər o xəstələnməsin deyə immuniteti artıran dərman verirlər. Bu da düzgün deyil. Bunu etməkdənsə, uşağı vaxtında peyvəndə aparın və iki yaşa qədər ana südü verin”.(oxu.az) RUBRİKA.AZ Geri qayıt |