Əsas Səhifə > Bölgə > Qəbələdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Qəbələdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR26-08-2021, 12:53 |
![]() 2021-ci ilin yanvar ayından indiyə kimi Ağstafa rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 378 min 853 manat məbləğində 18 tender keçirilib. FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 9 tenderə 1 milyon 176 min 894 manat xərcləyib. Ağstafa Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "MEQA AN İNŞAAT" MMC şirkəti udub. Bele ki, "MEQA AN İNŞAAT" MMC ümumi dəyəri 1 163 min 284 manat olan 8 tenderin qalibi olub. Ağstafa Şəhər Mənzil Kommunal Təsərrüfati Birliyi ümumi məbləği 30 min 680 manat olan 2 tender müsabiqəsi keçirib. Tenderlərin hər ikisinin qalibi “Ağstafa Bərpa” MMC olmuşdur. Ağstafada dövlət satınalmalarının aktiv şirkətləri: 1. “MEQA AN İNŞAAT” MMC – 01.12.2009-cu ildə dövlət qeydiyatına alınıb, nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Yaşar Aslanov İmamverdi oğludur. 2. “Orman AS” MMC - 12.05.2018-ci cu ildə dövlət qeydiyatına alınıb, nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Elvin Yaqubəliyev Abdı oğludur. 3. "Stone Construction" QSC - 07.07.2008-ci cu ildə dövlət qeydiyatına alınıb, nizamnamə kapitalı 2 010 manatdır. Qanuni təmsilçisi Elman Hacızadə Xalid oğludur. ![]() ![]() Rubrika.Az Geri qayıt |