Əsas Səhifə > Dünya > Kabildəki intihar hücumunda ölənlərin sayı 110-a çatdı - YENİLƏNİB

Kabildəki intihar hücumunda ölənlərin sayı 110-a çatdı - YENİLƏNİB


27-08-2021, 17:16
Kabildəki intihar hücumunda ölənlərin sayı 110-a çatdı - YENİLƏNİB

Əfqanıstanın Kabil hava limanında baş verən partlayışlar zamanı ölənlərin sayı 110 nəfərə çatıb.

Ölənlərdəmn 13-ü ABŞ hərbçisidir. Hadisə zamanı 1 338 nəfərin yaralandığı qeyd edilib.

Hadisə qurbanlarının bəzilərinin cəsədləri hələ də aeroport binasının yaxınlığında qalır.

Mənbə: “Əl-Cəzirə” telekanalı

10:44

Kabil hava limanı yaxınlığında törədilən partlayış nəticəsində ölən 103 nəfərdən azı 28-i “Taliban” hərəkatının üzvüdür.

“Reuters” agentliyi bu barədə “Taliban” rəsmisinə istinadən məlumat yayıb.

“Biz amerikalılardan daha çox insan itirmişik”, - deyə adı açıqlanmayan “Taliban” rəsmisi bildirib.

Xatırladaq ki, avqustun 26-da Kabil aeroportunun yaxınlığında iki terror aktı törədilib.

Son məlumatlara görə, hücumda 13-ü ABŞ əsgəri olmaqla 103 nəfər həyatını itirib.

Rubrika.az
Geri qayıt