Əsas Səhifə > İdman > Üçüncü cəhd: Üzgüçümüz Paralimpiya Oyunlarının finalında

Üçüncü cəhd: Üzgüçümüz Paralimpiya Oyunlarının finalında


31-08-2021, 09:00
Üçüncü cəhd: Üzgüçümüz Paralimpiya Oyunlarının finalında

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha bir idmançımız finala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, bu, üzgüçümüz Roman Saleydir.

O, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 53.89 saniyə nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə üzgüçülük yarışlarında Paralimpiya çempionu adını qazanıb. Daha sonra 50 metr məsafəyə sərbəst üsulla üzmədə özünü yoxlasa da, onun bürünc medal qazanmasına rəqibindən iki santisaniyə geri qalması mane olub.

Rubrika.Az
Geri qayıt