Əsas Səhifə > Bölgə > Azərbaycanda daha bir körpə küçəyə atıldı - FOTO

Azərbaycanda daha bir körpə küçəyə atıldı - FOTO


31-08-2021, 10:57
Azərbaycanda daha bir körpə küçəyə atıldı - FOTO

Gəncədə dörd aylıq körpə küçəyə atılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi.

Azərbaycanda daha bir körpə küçəyə atıldı - FOTO

Rubrika.Az
Geri qayıt