Əsas Səhifə > İdman > Rauf Məmmədov Avropa çempionatında liderliyə yüksəlib

Rauf Məmmədov Avropa çempionatında liderliyə yüksəlib


1-09-2021, 11:56
Rauf Məmmədov Avropa çempionatında liderliyə yüksəlib

İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının altıncı turunun oyunları keçirilib.

Rubrika.Az oxu.az-a istinadla xəbər verir ki, qitə birinciliyində Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb.

Rəqibi fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.

Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.

Qeyd edək ki, 6 turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Rubrika.Az
Geri qayıt